Ana Sayfa > Şou-biznes > "Ciddi soruşuram, şou-biznes nədir?" -
"Ciddi soruşuram, şou-biznes nədir?" -Bu gün, 16:25. Yazar: Subhan |
![]() "Şou-biznes var? Mən bilmirəm... Şou-biznes nədir bilmirəm. Zarafat etmirəm. Biz şou-biznes adamıyıq? Azərbaycan kanallarına Azərbaycan gözü ilə baxıram. O vaxt şou-biznes yox idi. İliyimizə, qanımıza necə hopubsa eləyik". aia.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva "Gün ortası" proqramında deyib. Müğənni özünü şou-biznesdə görmədiyini deyib. Əməkdar artist Könül Kərimova isə onun sözlərini təsdiqləyərək, səhnədə şou göstərmədiyini əlavə edib: "Biz şou-biznesdə deyilik, əsla. Şou başqa anlamdır. Biz şou adamı deyilik. Oxuduğumuza, geyimlərimizə baxsanız görərsiniz. Şou-biznesdə mehribançılıq yoxdur. Hərə öz aləmində, istəyində, düşüncəsindədir. Şou göstərsəydik yanımızda oxuyanda rəqqaslar olardı. Biz bir mahnı oxuyanda yüz dəfə fikirləşirik. Geyimimizə, oxuduğumuza baxanda görürsən ki, şou adamı deyilik"./Axşam.az aia.az Geri dön |