Ana Sayfa > Özəl > Avropada təhlükəsizlik addımı - dövlət işçilərinə WhatsApp məhdudiyyəti

Avropada təhlükəsizlik addımı - dövlət işçilərinə WhatsApp məhdudiyyəti


Dünən, 22:00. Yazar: vasif


Avropanın bir sıra ölkələrində dövlət qurumlarında məlumat təhlükəsizliyini artırmaq üçün yeni qaydalar tətbiq edilir.

Məlumata görə, Fransa və Almaniyanın öncüllüyü ilə bir neçə Avropa ölkəsi — o cümlədən Polşa, Niderland, Lüksemburq və Belçika — dövlət işçilərinin WhatsApp və Signal kimi mesajlaşma tətbiqlərindən istifadəsini məhdudlaşdırmağa başlayıb.

Rəsmi izahda bu addımın səbəbi kimi kiberhücum riski və həssas məlumatların xarici platformalarda qorunmasının çətinliyi göstərilir. Hökumətlər dövlət kommunikasiya sistemlərinin daha çox nəzarət olunan, yerli və qapalı platformalara keçidini planlaşdırır.

Yeni yanaşmaya görə, dövlət qurumları daxili ünsiyyət üçün xüsusi hazırlanmış rəsmi sistemlərdən istifadə etməlidir. Məqsəd xarici tətbiqlərdən asılılığı azaltmaq və informasiya təhlükəsizliyini gücləndirməkdir.

Qərarın Avropada genişlənməsi ilə dövlət sektorunda rəqəmsal ünsiyyət sistemlərinin tam yenilənməsi prosesi sürətlənir.
Geri dön