Ana Sayfa > Özəl > Tramp administrasiyasında üçüncü qadın nazir istefa verdi – qalmaqal iddiaları gündəmdə

Tramp administrasiyasında üçüncü qadın nazir istefa verdi – qalmaqal iddiaları gündəmdə


Bu gün, 13:13. Yazar: vasif


ABŞ-da Əmək naziri Lori Çavez-Derimer istefa verib. Ağ Evin Kommunikasiya direktoru Stiven Çun onun administrasiyadakı vəzifəsindən ayrılaraq özəl sektora keçdiyini bildirib.

Məlumata görə, nazirin istefası ətrafında uyğunsuz davranış iddiaları və daxili istintaq prosesi ilə bağlı müzakirələr aparılırdı. ABŞ mediası onun mühafizəçi ilə münasibətdə olması və iş yerində qayda pozuntuları ilə bağlı ittihamların araşdırıldığını yazıb.

Çavez-Derimer Donald Trampın ikinci prezidentlik dövründə vəzifəsini tərk edən üçüncü qadın yüksək vəzifəli rəsmidir. Bundan əvvəl də Daxili Təhlükəsizlik naziri və Baş prokuror vəzifələrində dəyişikliklər baş vermişdi.

Hazırda onun yerinə Əmək nazirinin müavini Kit Sonderlinq müvəqqəti icraçı təyin olunub.
Geri dön