Ana Sayfa > Özəl > ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirir – “Corc Buş” aviadaşıyıcısı regiona yönəldilir
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirir – “Corc Buş” aviadaşıyıcısı regiona yönəldilirBu gün, 17:00. Yazar: vasif |
|
Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Corc Buş” aviadaşıyıcısı Madaqaskar yaxınlığından Yaxın Şərq istiqamətinə hərəkət edir. Gəminin yaxın günlərdə regiona çatacağı gözlənilir. Bildirilir ki, bu addım ABŞ-ın bölgədə mövcud olan digər aviadaşıyıcı qruplarına əlavə güc qatmaq məqsədi daşıyır. Hazırda Hörmüz boğazı və Qırmızı dəniz istiqamətlərində artıq iki ABŞ aviadaşıyıcısının fəaliyyət göstərdiyi qeyd olunur. Məlumata əsasən, “Corc Buş”un uzunmüddətli missiyada olan “Gerald Ford” gəmisini əvəz edə biləcəyi də istisna edilmir. Bu halda qısa müddət ərzində regionda eyni anda bir neçə ABŞ aviadaşıyıcısının yerləşməsi gözlənilir. Hərbi analitiklər bu cür hərəkətliliyi ABŞ-ın Yaxın Şərqdə təhlükəsizlik və dəniz nəzarəti strategiyasının gücləndirilməsi kimi qiymətləndirirlər. Geri dön |