Ana Sayfa > Özəl > Separatçılardan Xankəndi ilə bağlı yeni iddialar – Azərbaycana qarşı informasiya kampaniyası
Separatçılardan Xankəndi ilə bağlı yeni iddialar – Azərbaycana qarşı informasiya kampaniyasıBu gün, 16:00. Yazar: vasif |
|
İrəvanda yerləşən separatçı qruplar Azərbaycan əleyhinə yeni iddialar irəli sürüblər. Özlərini keçmiş qondarma rejimin nümayəndələri kimi təqdim edən şəxslər Qarabağda dini və mədəni abidələrin guya məhv edildiyi barədə kampaniya aparırlar. Son günlər erməni mediasında bu mövzuda dezinformasiya xarakterli paylaşımların artdığı bildirilir. “Artsax turizm və mədəniyyətin inkişafı agentliyi” adlanan qurum Xankəndidə yerləşən bir kilsənin “dağıdıldığı” iddiasını yayıb. Oxşar iddialar digər separatçı şəxslər tərəfindən də səsləndirilib. Azərbaycan tərəfi isə bu kimi məlumatları əsassız və manipulyativ adlandırır. Rəsmi mövqeyə görə, bölgədə dini abidələr qorunur və müxtəlif dini icmalara məxsus mədəni irsə toxunulmur. Ekspertlər bu cür iddiaları informasiya müharibəsinin tərkib hissəsi kimi qiymətləndirir və bunun regionda gərginliyi artırmağa yönəldiyini bildirirlər. Geri dön |