Ana Sayfa > Parlament > Azərbaycanda büdcə və investisiya sahələrində pozuntular sabit qalır
Azərbaycanda büdcə və investisiya sahələrində pozuntular sabit qalırBu gün, 12:22. Yazar: Subhan |
![]() Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında çıxışı zamanı Azərbaycanda büdcə qanunvericiliyi, dövlət satınalmaları və dövlət investisiyaları sahəsində pozuntuların səviyyəsində ciddi dəyişiklik müşahidə olunmadığını bildirib. aia.az-ın məlumatına görə, o qeyd edib ki, 2025-ci ilin iş planına uyğun olaraq 5 analitik fəaliyyət icra edilib, həmçinin səmərəlilik, maliyyə və uyğunluq auditləri çərçivəsində ümumilikdə 43 audit aparılıb. Gülməmmədovun sözlərinə görə, aparılan auditlərin 6-sında informasiya sistemləri üzrə audit elementlərindən istifadə olunub, 3 audit isə məxfi rejimdə həyata keçirilib. O bildirib ki, nəzarət tədbirləri nəticəsində aşkar edilən nöqsanlar uyğunluq, maliyyə və səmərəlilik istiqamətləri üzrə sistemləşdirilərək hesabatlarda əks olunub. Təhlillər isə göstərir ki, büdcə qanunvericiliyi, dövlət satınalmaları və dövlət investisiyaları sahələrində pozuntuların payında ciddi dəyişiklik baş verməyib. Sədr əlavə edib ki, ötən il büdcə vəsaitlərinin idarə olunması üzrə 36 nəzarət tədbiri çərçivəsində müxtəlif nöqsanlar aşkarlanıb. Onun sözlərinə görə, ən çox rast gəlinən problemlər büdcə qanunvericiliyinin pozulması ilə bağlıdır. Bu istiqamətdə qurumlar tərəfindən düzgün proqnozlaşdırma və icra prosesinə yetərli diqqətin ayrılmaması, maliyyə və fiskal intizamın tam təmin olunmaması kimi hallar üstünlük təşkil edir. Nəticədə bəzi dövlət qurumlarında icra səviyyəsinin aşağı olması, nəticə əsaslı büdcə mexanizmlərinin zəif tətbiqi, vəsaitlərin təyinatdan kənar istiqamətlərə yönəldilməsi və dövlət sifarişi şərtlərindən yayınmalar kimi hallara rast gəlinib. aia.az Geri dön |