Ana Sayfa > Gündəm / Manşet > İcra başçısı bank müdiri ilə görüşməsinin səbəbini açıqladı
İcra başçısı bank müdiri ilə görüşməsinin səbəbini açıqladıBu gün, 11:06. Yazar: Subhan |
![]() Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda yerləşən bank filiallarından birinin yeni təyin olunan müdirini qəbul etməsinə münasibət bildirib. İcra başçısı "Unikal"a açıqlamasında bank filialı müdiri ilə görüşməsinin səbəbini açıqlayıb: "Bankomatların qoyulması ilə bağlı vətəndaşlar bizə müraciət edir. Uzaq kəndlər var ki, orada yaşayan vətəndaşlar istəyir ki, həmin kəndlərdə bankomatlar olsun. Biz onunla bağlı bank müdirini dəvət etdik ki, vətəndaşların bu xahişini yerinə yetirək. O da dedi ki, məşğul oluruq, mümkün olsa, kömək edəcəyik". aia.az Geri dön |