Ana Sayfa > Siyasət / Parlament > Deputatlar MDB PA-nın tədbirində iştirak edəcək

Deputatlar MDB PA-nın tədbirində iştirak edəcək


Bu gün, 16:07. Yazar: azer
Deputatlar MDB PA-nın tədbirində iştirak edəcək

Qazaxıstan Respublikası Parlamentinin 30 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində 23–24 aprel tarixlərində Almatı şəhərində Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının Şahmat üzrə Açıq Kuboku keçiriləcək.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirdə Milli Məclisin komitə sədrləri Tahir Rzayev, Fazil Mustafa, deputatlar Azər Badamov, Qüdrət Həsənquliyev, Parlament Aparatının əməkdaşları Azər Səmədov və Emin Rəsulzadə iştirak edəcəklər.
Safər aprelin 25-də başa çatacaq.
Geri dön