Ana Sayfa > Cəmiyyət > Xəzərdə 4 balıqçının olduğu qayıq çevrildi

Xəzərdə 4 balıqçının olduğu qayıq çevrildi


10-03-2017, 16:44. Yazar: admin
Xəzərdə 4 balıqçının olduğu qayıq çevrildi

Xəzərdə balıqçı qayığı çevrilib.

AİA.Az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə sahildən 150 km dənizdə balıq tutmaq məqsədi ilə çıxan balıqçıların qayığının çevrilməsi məlumatı daxil olub.

Dərhal nazirliyin Aviasiya Dəstəsinin 1 helikopteri hadisə yerinə cəlb edilib, batmaq təhlükəsi ilə üzləşmiş 4 balıqçını xilas edərək sahilə gətirib.

AİA.az
Geri dön