Ana Sayfa > Gündəm / Karusel > ANS yeni binaya köçür - Teleşirkətdən XƏBƏR VAR

ANS yeni binaya köçür - Teleşirkətdən XƏBƏR VAR


10-03-2017, 16:40. Yazar: admin
ANS yeni binaya köçür - Teleşirkətdən XƏBƏR VAR

Zoologiya İnstitutu fəaliyyəti dayandırılmış ANS teleşirkətinə əmlakının hazırda yerləşdiyi binadan çıxarılması üçün martın 23-dək vaxt verib.

Qeyd edək ki, ANS teleşirkətinun uzun müddətdir icarə əsasında yerləşdiyi bina Zoologiya İnstitutuna məxsusudur.

Milli.Az xəbər verir ki, Zoologiya İnstitutunun direktoru Elman Yusifov modern.az-a açıqlamasında xəbəri təsdiqləyərək deyib ki, qarşı tərəfin köçmək qərarına hörmətlə yanaşırlar.

"Fəaliyyəti dayandırılmış ANS-in rəhbərliyi özü bizim ərazidən köçür. Başqa ərazi tapıblar və ora gedirlər. Çox güman ki, fəaliyyətlərini başqa yerdə davam etdirəcəklər. ANS teleşirkətinin fəaliyyəti artıq ləğv edilib. Başqa bir binanın ərazisində hüquqi cəhətdən qalmaları doğru deyil. Sadəcə, biz onlara heç nə deməmişik. İndi də köçmək qərarına gəliblər. İşləri avand olsun. Teleşirkətin vitse-prezidenti Mirşahin Ağayev tez-tez gəlib mənimlə görüşür. Onunla çox yaxşı münasibətlərimiz var. 25 il qonşu olmuş təşkilatla münasibət necə ola bilər?! 25-ə dözən 26-ya dözər".

Qeyd edək ki, Azərbaycanın ilk müstəqil televiziyası olan ANS 1991-ci il noyabrın 26-dan fəaliyyət göstərirdi. Hər şeyə isə Türkiyədə 2016-cı il 15 iyul tarixli dövlət çevrilişinə cəhddən sonra rəsmi Ankaranın günahlandırdığı Fəthulla Gülənin Amerikada düzənlədiyi mətbuat konfransı səbəb oldu. Telekanal müxbirinin həmin tədbirdə iştirakı ANS-in qapadılmasına rəvac verdi. Belə ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) 2016-cı il iyulun 18-də "ANS Müstəqil Yayım və Media" Şirkətinin yayımının dayandırılması barədə qərar qəbul edib. MTRŞ öz qərarını Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə Azərbaycan Baş Prokurorluğunun müraciətinə əsasən qəbul etdiyini bildirib. MTRŞ həmçinin, ANS-ÇM radiosunun lisenziyasını ləğv edib.

"ANS Müstəqil Yayım və Media" Şirkəti lisenziyasının ləğvi barədə qərarın qüvvədən salınması ilə bağlı məhkəməyə müraciət etsə də, iddia təmin edilməyib.

AİA.az
Geri dön