Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 88 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 88 nəfər saxlanıldı


20-04-2026, 10:46. Yazar: Subhan
Cinayətdə şübhəli bilinən 88 nəfər saxlanıldı

Aprelin 18-də və 19-da ölkə ərazisində qeydə alınan 83, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 61, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 88 nəfər saxlanılıb.

aia.az
Geri dön