Ana Sayfa > Ölkə > Havanın temperaturu 5-8 dərəcə enəcək
Havanın temperaturu 5-8 dərəcə enəcəkBu gün, 15:41. Yazar: vasif |
![]() Yaxın günlərdə ölkə ərazisində havanın temperaturu 5-8 dərəcə enəcək. "aia.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 20-dən 21-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər saatlarında intensiv yağışın bir qədər güclənəcəyi istisna olunmur. 20-si gündüz saatlarında yağıntıda fasilə olacaq. Azərbaycanın rayonlarında aprelin 20-21-də hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var. Geri dön |