Ana Sayfa > Dünya > İsrail hərbçiləri Livanda həlak olublar

İsrail hərbçiləri Livanda həlak olublar


Bu gün, 16:17. Yazar: vasif
İsrail hərbçiləri Livanda həlak olublar


Livanda partlayıcı qurğunun partlaması nəticəsində iki İsrail hərbçisi həlak olub, 12-si xəsarət alıb.

"aia.az" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, cümə günü baş verən ilk insident nəticəsində Barak Kalfon həlak olub, üç hərbçi xəsarət alıb.

İkinci hadisə bazar günü döyüş əməliyyatları zonasında qeydə alınıb. Mühəndis maşınının partlaması nəticəsində çavuş Lidor Porat həlak olub, doqquz hərbi qulluqçu yaralanıb.

Qeyd olunub ki, bütün xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Partlayıcı qurğular avtomatik işə düşüb və məsafədən hərəkətə gətirilməyib.
Geri dön