Ana Sayfa > Dünya > Paşinyan və Anna boşanandan sonra İLK DƏFƏ BİRLİKDƏ GÖRÜNTÜLƏNDİLƏR
Paşinyan və Anna boşanandan sonra İLK DƏFƏ BİRLİKDƏ GÖRÜNTÜLƏNDİLƏRBu gün, 17:35. Yazar: vasif |
![]() Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Gümrü şəhərinə Anna Akopyanla birlikdə gəlib. "aia.az" xəbər verir ki, cütlüyün yenidən bir arada görünməsi maraqla qarşılanıb. Xatırladaq ki, bundan əvvəl onların boşandıqları barədə məlumatlar yayılıb. Paşinyan "Şimal-Cənub" magistral yolunun Aştarak-Gümrü hissəsinin açılışı münasibətilə təşkil olunmuş İrəvan-Gümrü avtoyürüşündə iştirak edib. Baş nazir daha əvvəl şəxsi avtomobili olan hər kəsi bu yürüşə dəvət edib. Tədbirdə xidməti avtomobillərdən istifadənin qadağan olunduğu bildirilib. İstisna olaraq yalnız dövlət mühafizəsində olan şəxslərə xidmət edən avtomobillərin hərəkətinə icazə verilib. Geri dön |