Ana Sayfa > Dünya > Bolqarıstanda növbədənkənar parlament seçkisi keçirilir
Bolqarıstanda növbədənkənar parlament seçkisi keçirilirBu gün, 10:04. Yazar: vasif |
![]() Bolqarıstanda növbədənkənar parlament seçkisi keçirilir. "aia.az" xəbər verir ki, ölkə üzrə 12 mindən çox seçki məntəqəsi yerli vaxtla saat 07:00-da açılıb (Bakı vaxtı ilə 08:00 red.) və 20:00-dək (21:00) fəaliyyət göstərəcək. Məlumata görə, seçici siyahılarına 6.5 milyondan çox vətəndaş daxil edilib. 240 yerlik parlamentdə mandat uğrunda 14 siyasi partiya və 10 koalisiyanın 4 786 namizədi mübarizə aparır. Son sorğulara əsasən, parlamentə ən azı beş siyasi qüvvənin daxil olacağı gözlənilir, daha dörd blok isə 4%-lik səddi keçmək şansına malikdir. Ekspertlər seçici fəallığının yüksək olacağını bildirir, təxminən 3.3 milyon nəfərin səsvermədə iştirak edəcəyi proqnozlaşdırılır. Geri dön |