Ana Sayfa > Dünya > Qalibaf: Trampın yeddi iddiasının yeddisi də yalandır

Qalibaf: Trampın yeddi iddiasının yeddisi də yalandır


Bu gün, 12:11. Yazar: vasif
Qalibaf: Trampın yeddi iddiasının yeddisi də yalandır


İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ABŞ prezidenti Donald Trampın Tehranla danışıqlar barədə dediyi sözləri şərh edib.

aia.az xəbər verir ki, bu barədə o öz "Telegram" kanalında yazıb.

Qalibaf Trampın İranla danışıqlar apardıqları barədə bəyanatlarını yalan adlandırıb və Hörmüz boğazının hələ də bağlı qaldığını dəqiqləşdirib:

"ABŞ prezidenti bir saat ərzində yeddi iddia irəli sürdü və bu yeddi iddianın hamısı yalandır. Bu yalanlarla müharibədə qalib gələ bilmədilər və şübhəsiz ki, danışıqlarda da uğur qazanmayacaqlar. Blokada davam etdiyi müddətdə Hörmüz boğazı açılmayacaq. Boğazdan tranzit yalnız 'müəyyən edilmiş marşrut' üzrə və 'İranın icazəsi' ilə həyata keçiriləcək. Boğazın açıq və ya bağlı olması, orada hansı qaydaların keçərli olması sosial şəbəkələrdə deyil, döyüş meydanında həll olunur. Media müharibəsi və ictimai rəyin manipulyasiyası müharibənin mühüm hissəsidir, lakin İran xalqı bu kələklərdən zərər görməyəcək", — deyə spiker bildirib.
Geri dön