Ana Sayfa > İqtisadiyyat > Azərbaycan bu metaldan 25 milyon dollara yaxın vəsait qazanıb
Azərbaycan bu metaldan 25 milyon dollara yaxın vəsait qazanıbDünən, 19:22. Yazar: vasif |
![]() 2026-cı ilin yanvar-mart aylarında Azərbaycan 20 min 265,17 ton qara metal və ondan hazırlanan məmulatlar ixrac edib ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,9% çoxdur. aia.az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) hesabatında qeyd olunub. Dəyər ifadəsində ixracın həcmi 19,1% artaraq 24 milyon 898,14 min ABŞ dolları təşkil edib. Qara metalın ümumi ixracdakı payı isə 0,46%-ə yüksəlib (2025-ci ilin birinci rübündə bu göstərici 0,33% idi). Bununla yanaşı, 2026-cı ilin birinci rübündə Azərbaycan 271 milyon 629,45 min dollar dəyərində (1,7% azalma) 248 min 84,07 ton qara metal və ondan hazırlanan məmulat idxal edib (həcm olaraq 11,2% azalma). İdxalın ümumi həcmdəki payı 6,78% təşkil edib (ötən ilin eyni dövründə 4,88%). Geri dön |