Ana Sayfa > Təhsil > Bu il maksimum balı o topladı
Bu il maksimum balı o topladıBu gün, 19:00. Yazar: azer |
![]() 9 mart tarixində keçirilən buraxılış imtahanında üç nəfər maksimum nəticə göstərib. aia.az xəbər verir ki, Onlardan biri də Bakı şəhəri, 289 saylı orta məktəbin (“Zəngi” liseyi) məzunu Qurbanov Muhammedali Əhməd oğludur. Buraxılış imtahanında maksimum - 300 bal toplayan abituriyent öz nəticəsi ilə bağlı təəssüratlarını bölüşüb. O, nəticəni imtahandan qısa müddət sonra öyrənib: “Hazırlıqdan qayıdanda nəticəni aldım. Açığı, təxmin edirdim, amma tam əmin deyildim. Düşünürdüm ki, açıq sualları necə yoxlayacaqlar, orada səhvim ola bilər. Amma içimdə bir hiss var idi ki, nəticə yüksək olacaq". Onun əsas hədəfi Azərbaycan Tibb Universitetinə qəbul olmaq və “Müalicə işi” ixtisası üzrə təhsil almaqdır. Q. Muhammedali qəbul imtahanında da yüksək nəticə göstərəcəyinə inandığını deyib. Geri dön |