Ana Sayfa > Özəl > İranın dondurulmuş aktivləri gündəmdə – 100 milyard dollarlıq “maliyyə girovu”

İranın dondurulmuş aktivləri gündəmdə – 100 milyard dollarlıq “maliyyə girovu”


Bu gün, 19:00. Yazar: vasif
İranın dondurulmuş aktivləri gündəmdə – 100 milyard dollarlıq “maliyyə girovu”



Beynəlxalq mediada yayılan hesabatlara görə, sanksiyalar səbəbindən İranın xarici banklarda dondurulmuş aktivlərinin ümumi həcmi 100 milyard dolları keçib. Məlumata əsasən, bu vəsaitlər müxtəlif ölkələrdə səpələnmiş vəziyyətdə saxlanılır.

İddialara görə, ən böyük məbləğlərdən biri Çində qeydə alınıb və təxminən 20 milyard dollar təşkil edir. Hindistan, İraq, Cənubi Koreya, Avropa ölkələri, ABŞ və Yaponiya da İran aktivlərinin dondurulduğu əsas maliyyə mərkəzləri kimi göstərilir.

Rəsmi Tehran bu vəsaitlərin bloklanmasını “qanunsuz məhdudiyyət” kimi qiymətləndirir və onların geri qaytarılmasını tələb edir. İran tərəfi bildirir ki, bu pullar ölkənin iqtisadi sabitliyi üçün mühüm əhəmiyyət daşıyır və sanksiyaların yumşaldılması üçün əsas müzakirə mövzularından biridir.

ABŞ isə bu vəsaitlərin yalnız humanitar məqsədlərlə istifadə olunmasını mümkün sayır. Hazırda məsələ beynəlxalq danışıqlar gündəmində qalmaqda davam edir və tərəflər arasında razılaşma əldə olunmayıb.
Geri dön