Ana Sayfa > Özəl > ABŞ-da nüvə və kosmik sahə alimləri ilə bağlı müəmmalı hadisələr müzakirə olunur

ABŞ-da nüvə və kosmik sahə alimləri ilə bağlı müəmmalı hadisələr müzakirə olunur


Bu gün, 18:00. Yazar: vasif
ABŞ-da nüvə və kosmik sahə alimləri ilə bağlı müəmmalı hadisələr müzakirə olunur


ABŞ-da kosmik tədqiqatlar və nüvə fizikası sahəsində çalışan bəzi alimlərin itkin düşməsi və ya müəmmalı ölüm halları ictimai diqqətə səbəb olub. Məlumata görə, 2023-cü ildən bəri azı bir neçə belə hadisə qeydə alınıb.

Məlumatlarda NASA və Los-Alamos Milli Laboratoriyası ilə əlaqəli mütəxəssislərin də adı çəkilir. Onların bəzilərinin qəfil vəfat etdiyi, bəzilərinin isə itkin düşdüyü bildirilir. Bu şəxslərin kosmik tədqiqatlar və nüvə təhlükəsizliyi sahəsində çalışdıqları qeyd olunur.

ABŞ mediasına istinadən yayılan xəbərlərə görə, Ağ Ev administrasiyası bu hadisələrlə bağlı məlumatlardan sonra araşdırma aparılması ehtimalını nəzərdən keçirir.

Hazırda rəsmi qurumlar tərəfindən genişmiqyaslı təsdiqlənmiş yekun nəticə açıqlanmayıb və hadisələrlə bağlı araşdırmaların davam etdiyi bildirilir.
Geri dön