Ana Sayfa > Özəl > Türkiyədə bələdiyyə sədrinə korrupsiya ittihamı – Saxlanıldı
Türkiyədə bələdiyyə sədrinə korrupsiya ittihamı – SaxlanıldıBu gün, 12:00. Yazar: vasif |
![]() Türkiyənin Uşak vilayətinin Eşme rayonunda Cümhuriyyət Xalq Partiyasından (CHP) olan bələdiyyə sədri Yılmaz Tozan və həyat yoldaşı Burcu Tozan saxlanılıb. Məlumata görə, saxlanılma mənimsəmə və korrupsiya iddiaları ilə bağlı aparılan genişmiqyaslı istintaq çərçivəsində həyata keçirilib. Əməliyyat zamanı daha üç şübhəli şəxsin də saxlanıldığı bildirilir. Hazırda hüquq-mühafizə orqanları faktla bağlı araşdırmaları davam etdirir və iş üzrə yeni detalların ortaya çıxacağı istisna edilmir. Geri dön |