Ana Sayfa > Özəl > Rusiya–NATO gərginliyi artır: Avropadakı dron fabrikləri hədəfdə
Rusiya–NATO gərginliyi artır: Avropadakı dron fabrikləri hədəfdəBu gün, 12:44. Yazar: vasif |
![]() Rusiya Müdafiə Nazirliyinin Ukrayna üçün PUA istehsal edən Avropadakı müəssisələrin ünvanlarını açıqlaması Qərbdə ciddi narahatlıq yaradıb. Rəsmi Moskva bu istehsal zəncirini “Ukraynanın strateji arxa cəbhəsi” adlandıraraq, onun Avropanı münaqişəyə daha dərindən cəlb etdiyini iddia edir. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə həmin siyahının potensial hərbi hədəflər kimi qiymətləndirilməli olduğunu bildirərək yeni gərginlik mesajı verib. Onun açıqlamaları NATO ölkələrində sərt reaksiyalara səbəb olub və təhlükəsizlik risklərini artırıb. Hərbi ekspertlər isə bu addımların birbaşa hücumdan çox psixoloji təzyiq və çəkindirmə məqsədi daşıdığını qeyd edirlər. Polkovnik Rövşən Məhərrəmovun fikrincə, NATO ərazisində hər hansı obyektə zərbə endirilməsi alyansla birbaşa toqquşma demək olar və bu, 5-ci maddənin işə düşməsinə gətirib çıxara bilər. Ekspertlər həmçinin bildirirlər ki, Rusiya uzun müddətdir Avropadakı hərbi istehsal infrastrukturunu “legitim hədəf” kimi təqdim etməyə çalışır, lakin NATO ölkələrinə birbaşa zərbə ssenarisi hazırkı mərhələdə daha çox siyasi mesaj xarakteri daşıyır. Gərginliyin artması fonunda Avropanın hava hücumundan müdafiə sistemlərini gücləndirməsi ehtimalı isə daha da yüksəlir. Geri dön |