Ana Sayfa > Siyasət > İlham Əliyev Antalyada Şimali Kipr Prezidenti ilə görüşdü -
İlham Əliyev Antalyada Şimali Kipr Prezidenti ilə görüşdü -Bu gün, 13:07. Yazar: Subhan |
![]() Aprelin 17-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanla görüşü olub. aia.az xəbər verir ki, dövlətimizin başçısı Tufan Erhürmana Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti seçilməsi münasibətilə təbriklərini çatdırdı. Tufan Erhürman təbriklərə görə minnətdarlığını bildirdi. Söhbət zamanı Azərbaycan Respublikasının Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi daimi dəstəyə toxunuldu. Prezident Tufan Erhürman buna görə dövlətimizin başçısına təşəkkür etdi. Azərbaycan Prezidenti ölkəmizin həmişə Şimali Kipr Türk Cümhuriyyətinin yanında olduğunu deyərək, göstərilən dəstəyin gələcəkdə də davam etdiriləcəyini vurğuladı. Söhbət zamanı bu ilin aprelində Azərbaycan Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi və Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin dostluq qrupları üzvlərinin Bakıda keçirilmiş 3-cü iclasının əhəmiyyəti qeyd edildi. Görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasının önəmi vurğulandı, həmçinin bir sıra sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparıldı. *** Aprelin 17-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanla görüşü olub. aia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. aia.az Geri dön |