Ana Sayfa > Karusel / Ölkə > Gədəbəydə körpə qızdırmadan öldü -

Gədəbəydə körpə qızdırmadan öldü -


Dünən, 13:37. Yazar: Subhan
Gədəbəydə körpə qızdırmadan öldü -

Gədəbəydə ötən gün 2025-ci il təvəllüdlü körpə hərarət, təngənəfəslik və digər şikayətlərlə ağır vəziyyətdə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə aia.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, ona bronxlarda yaranan irinli ifrazat, qıcolma və asfiksiya diaqnozu təyin edilib.

Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 03:30 radələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb.

*** 12:18

Gədəbəydə körpə qızdırmadan ölüb.

aia.az xəbər verir ki, aprelin 15-i saat 05 radələrində Kiçik Qaramurad kənd sakini, 2025-ci il təvəllüdlü Rəsul Elman oğlu Əsədov xəstəxanada qızdırmadan ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

aia.az
Geri dön