Ana Sayfa > İdman > Bu gün Avropa Liqasında yarımfinalçılar bəlli olacaq
Bu gün Avropa Liqasında yarımfinalçılar bəlli olacaq16-04-2026, 12:18. Yazar: Subhan |
![]() Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. aia.az xəbər verir ki, bununla da yarımfinalın iştirakçıları bəlli olacaq. Görüşlərdən biri Bakı vaxtı ilə saat 20:45-də, digər üçü isə 23:00-da start götürəcək. Gecənin ilk matçında İspaniya “Selta”sı doğma meydanda Almaniyanın “Frayburq” klubunu qəbul edəcək. Evdəki birinci qarşılaşmada 3:0 hesablı qələbə qazanan Bundesliqa təmsilçisi növbəti mərhələyə vəsiqənin taleyini, demək olar ki, həll edib. Eyni fikirləri İngiltərənin “Aston Villa” komandası haqqında da səsləndirmək olar. İtaliyadakı ilk matçda “Bolonya”nı 3:1 hesabı ilə məğlub edən Premyer Liqa klubu yarımfinalın bir addımlığındadır. Digər oyunlarda Portuqaliya təmsilçilərindən “Braqa” İspaniyada “Real Betis”in, “Portu” isə İngiltərədə “Nottingem Forest”in qonağı olacaq. Bu komandaların ilk duelində 1:1 hesablı heç-heçə qeydə alınıb. aia.az Geri dön |