Ana Sayfa > Gündəm / Karusel > Çevrilişə cəhd günü "Vətəndaşları güllələyin" əmrini verən XAİN - FOTO
Çevrilişə cəhd günü "Vətəndaşları güllələyin" əmrini verən XAİN - FOTO10-03-2017, 12:16. Yazar: admin |
Türkiyədə iyulun 15-də prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə küçələrə axışan xalqa atəş açılması barədə əmrin kim tərəfindən verildiyi müəyyənləşib. Milli.Az "Yeni Akit"ə istinadla bildirir ki, Ankara prokurorluğunda aparılan istintaq çərçivəsində ifadəsi alınan mayor Murat Yanık vətəndaşlara atəş açılması əmrinin polkovnik Muzaffer Düzenli tərəfindən verildiyini dilə gətirib. Murat Yanık ifadəsində deyib: "Saat 20:00-də Ankaradan polkovnik Muzaffer Düzenli mənə zəng etdi və hərəkata hazır olmağımızı tapşırdı. Bir neçə dəqiqə sonra Murat Çelebioğluya zəng edib, "Hərəkata başlayın" dedi. Əvvəllər heç bir problem yox idi, amma xalqın küçələrə axışmasından sonra vəziyyət gərginləşdi. Bundan sonra Muzaffer Düzenli müqavimət göstərilsə, atəş açmaq əmrini verdi. Küçədəki bütün rütbəlilər bu əmrə tabe olaraq silahlardan istifadə etdilər. Biz bu əsnada hərbçilərlə birlikdə baş verənləri televizordan izləyirdik". O bildirib ki, çevrilişin baş tutmadığını gördükdə hərbçilərlə birlikdə mülki geyimlərlə qaçmağa çalışsalar da, Kocaelidə polislər tərəfindən tutulublar. Qeyd edək ki, çevrilişə cəhd zamanı 248 nəfər həlak olub. Geri dön |