Ana Sayfa > Özəl > “iPhone”larda yeni dövr - bəzi modellər “iOS 27” yeniləməsindən kənarda qalır

“iPhone”larda yeni dövr - bəzi modellər “iOS 27” yeniləməsindən kənarda qalır


14-04-2026, 17:00. Yazar: vasif
“iPhone”larda yeni dövr - bəzi modellər “iOS 27” yeniləməsindən kənarda qalır


Apple şirkətinin növbəti böyük proqram yeniləməsi olan “iOS 27” ilə bağlı ilk məlumatlar gündəmə gəlib. İyun ayında təqdim olunması gözlənilən yenilik bir sıra köhnə iPhone modelləri üçün son dəstək mərhələsi kimi qiymətləndirilir.

Məlumata görə, 2019–2020-ci illərdə istehsal edilən bəzi cihazlar yeni sistem yeniləməsini qəbul etməyəcək. Bu isə həmin modellər üçün proqram dəstəyinin faktiki olaraq başa çatması deməkdir.

“iOS 27” yeniləməsini almayacaq modellər arasında iPhone SE (2nd generation), iPhone 11, iPhone 11 Pro və iPhone 11 Pro Max yer alır.

Texniki səbəblər kimi cihazların “A13 Bionic” çipinin yeni süni intellekt əsaslı funksiyaları daşımaqda çətinlik çəkməsi, həmçinin yaddaş və performans məhdudiyyətləri göstərilir.

Ekspertlər bildirir ki, bu addım “Apple”ın daha güclü cihazlara fokuslanmaq və yeni nəsil süni intellekt funksiyalarını yalnız yüksək performanslı modellərdə təqdim etmək strategiyasının bir hissəsidir.

Beləliklə, bəzi istifadəçilər üçün növbəti yeniləmə artıq yalnız yeni cihazlara keçid siqnalı kimi dəyərləndirilir.
Geri dön