Ana Sayfa > Özəl > Müharibənin sonu yaxınlaşır
Müharibənin sonu yaxınlaşır14-04-2026, 12:35. Yazar: vasif |
![]() Ceyms Devid Vens-in “Fox News”a verdiyi müsahibə ABŞ–İran qarşıdurması ilə bağlı yeni müzakirələr yaradıb. O, Vaşinqtonun əsas hədəflərinə çatdığını və hərbi əməliyyatların dayandırılmasının mümkün olduğunu bildirib. Vensin sözlərinə görə, mövcud mərhələdə ABŞ üçün prioritet genişmiqyaslı danışıqlar və prosesin diplomatik yolla yekunlaşdırılmasıdır. Bu isə müharibənin gedişində strateji dönüş kimi qiymətləndirilir. Analitiklərin fikrincə, ABŞ-nin ilkin məqsədi İranın nüvə infrastrukturunu zəiflətmək və hərbi potensialını məhdudlaşdırmaq idi. Lakin müharibə prosesində həm ciddi müqavimət, həm də uzunmüddətli hərbi yük Vaşinqtonun strategiyasını dəyişib. Ekspertlər bildirir ki, ilkin mərhələdə nəzərdə tutulan maksimal ssenari – tam hərbi üstünlük və siyasi nəticə əldə etmək – tam reallaşmayıb. Buna baxmayaraq, ABŞ hazırkı vəziyyəti “qənaətbəxş nəticə” kimi təqdim etməyə çalışır. Bəzi siyasi şərhçilərə görə, bu açıqlama müharibənin bitməsi deyil, daha çox yeni diplomatik mərhələyə keçidin siqnalıdır. Çünki həm iqtisadi, həm də siyasi baxımdan qarşıdurmanın davam etməsi Vaşinqton üçün əlavə risklər yaradır. Nəticə etibarilə, Vensin bəyanatı ABŞ-nin strategiyasında dəyişiklik ehtimalını gücləndirir və prosesin yaxın dövrdə döyüş meydanından danışıqlar masasına keçə biləcəyini göstərir. aia.az Tərcümə şöbəsi Geri dön |