Ana Sayfa > Özəl > Tehran rəqəmi açıqladı - müharibə zərəri milyardlarla ölçülür
Tehran rəqəmi açıqladı - müharibə zərəri milyardlarla ölçülür14-04-2026, 11:30. Yazar: vasif |
![]() İran hökuməti ABŞ və İsrail hücumlarının ölkəyə vurduğu ilkin zərərin təxminən 270 milyard dollar civarında olduğunu açıqlayıb. Məlumatı hökumət sözçüsü Fatma Mühacerani təsdiqləyib. Onun sözlərinə görə, bu rəqəm ilkin hesablamalara əsaslanır və dəqiq məbləğ müxtəlif sahələr üzrə aparılan araşdırmalardan sonra müəyyən ediləcək. Zərər siyahısına dağıdılmış mülki infrastruktur, iş yerləri, sənaye obyektləri və sosial obyektlər daxildir. Xüsusilə Minab şəhərində məktəbə edilən hücum və orada həlak olan uşaqların ailələrinin hüquqi və mənəvi zərərləri də ümumi təzminat tələbinə daxil edilib. Rəsmi Tehran bu məsələni beynəlxalq platformalarda gündəmə gətirməyə davam edir. Prezident Məsud Pezeşkian da müxtəlif çıxışlarında müharibə təzminatının vacibliyini vurğulayıb. Mövzu həmçinin İslamabadda aparılan diplomatik görüşlərdə də əsas müzakirə mövzularından biri kimi qeyd olunur. Tehran tərəfi bu rəqəmin hələ yekun olmadığını və daha da arta biləcəyini istisna etmir. aia.az Tərcümə şöbəsi Geri dön |