Ana Sayfa > Gündəm / Karusel > Bakı-Sumqayıt yolundakı qəzada yaralananlardan 5-i evə buraxıldı

Bakı-Sumqayıt yolundakı qəzada yaralananlardan 5-i evə buraxıldı


10-03-2017, 11:38. Yazar: admin
Bakı-Sumqayıt yolundakı qəzada yaralananlardan 5-i evə buraxıldı

Dünən səhər saatlarında Bakı-Sumqayıt yolunda "Ford" markalı mikroavtobusun ağır qəzaya uğraması nəticəsində xəsarət alan xəstələrdən 5-i bu gün səhər evə buraxılıb.

AİA.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 14 yaralıdan beşi bu gün səhər evlərinə buraxılıb. Hazırda xəstəxanada 9 yaralı müalicəsini davam etdirir.

Bakı şəhər Kliniki Tibbi Mərkəzində müalicə olunan digər iki nəfərin vəziyyəti ağırdır.

Qeyd edək ki, ötən gün Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında mikroavtobusda olan sərnişinlərdən 5 nəfər ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına, 3 nəfər isə Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

AİA.az
Geri dön