Ana Sayfa > Manşet / Dünya > İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik -
İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik -14-04-2026, 09:23. Yazar: Subhan |
![]() ABŞ administrasiyası İrana qarşı həyata keçirilən hərbi əməliyyatın məqsədlərinə nail olunduğunu və münaqişənin mərhələli şəkildə başa çatdırılmasının mümkün olduğunu hesab edir. aia.az xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens “Fox News” telekanalına müsahibəsində bildirib. “Mən həqiqətən hesab edirəm ki, məqsədlərimizə çatdığımız bir mərhələdəyik. Artıq gərginliyin azaldılmasına başlaya bilərik”, – deyə o qeyd edib. Vitse-prezident əlavə edib ki, prosesin danışıqlar yolu ilə yekunlaşmasını daha məqsədəuyğun hesab edir: “Bu prosesi uğurlu danışıqlarla başa vurmağa üstünlük verərdim”. aia.az Geri dön |