Ana Sayfa > Özəl > Gizli razılaşma pozuldu - Vaşinqton Tehranın nüvə jestini niyə qəbul etmədi?

Gizli razılaşma pozuldu - Vaşinqton Tehranın nüvə jestini niyə qəbul etmədi?


13-04-2026, 15:00. Yazar: vasif
Gizli razılaşma pozuldu - Vaşinqton Tehranın nüvə jestini niyə qəbul etmədi?


İranın nüvə proqramı ətrafında yeni və diqqətçəkən detallar ortaya çıxıb. Məlumata görə, rəsmi Tehran gərginliyi azaltmaq məqsədilə 450 kiloqram zənginləşdirilmiş uranı durulaşdırmağa razı olsa da, ABŞ son anda bu razılaşmadan geri çəkilib.

İran parlamentinin vitse-spikeri Əli Nikzad Vaşinqtonun bu addımını sərt tənqid edərək bildirib ki, bu qərar danışıqların səmimiliyinə ciddi şübhələr yaradır. Onun sözlərinə görə, ilkin plana əsasən İran daxilində ABŞ və Səudiyyə Ərəbistanı iştirakı ilə xüsusi konsorsium yaradılmalı idi və bu addım region üçün mühüm təhlükəsizlik mexanizmi ola bilərdi.

Lakin proses gözlənilmədən dəyişib. İddialara görə, ABŞ tərəfi əlavə şərt kimi Hörmüz boğazı üzərində xüsusi hüquqi statusun tanınmasını gündəmə gətirib. Bu isə İran tərəfindən qəti şəkildə rədd olunub.

Rəsmi Tehran hesab edir ki, bu cür tələblər regionun suverenliyinə müdaxilə kimi qiymətləndirilməlidir. Nəticədə tərəflər arasında formalaşmaq üzrə olan razılaşma pozulub və nüvə danışıqları yenidən qeyri-müəyyən mərhələyə daxil olub.

aia.az
Tərcümə şöbəsi
Geri dön