Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 73 nəfər saxlanıldı
Cinayətdə şübhəli bilinən 73 nəfər saxlanıldı13-04-2026, 10:18. Yazar: Subhan |
![]() Aprelin 11-də və 12-də ölkə ərazisində qeydə alınan 83, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 57, o cümlədən borclu şəxs qismində axtarışda olan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb. aia.az Geri dön |