Ana Sayfa > Ölkə > Tiktoker insan alverinə görə həbs olundu
Tiktoker insan alverinə görə həbs olundu11-04-2026, 12:03. Yazar: vasif |
![]() Sosial şəbəkələrdə “Enoor” adı ilə tanınan Elnar Quliyeva cinayət məsuliyyətinə cəlb edilib. “Aia.az” xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə o saxlanılıb. Elnar Quliyevaya qarşı Cinayət Məcəlləsinin 144-cü (insan alveri) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin müvafiq qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir. Geri dön |