Ana Sayfa > Karusel / Ölkə > Yağıntı intensivləşəcək, çaylardan sel keçəcək

Yağıntı intensivləşəcək, çaylardan sel keçəcək


10-04-2026, 17:05. Yazar: Subhan
Yağıntı intensivləşəcək, çaylardan sel keçəcək

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında aprelin 11-i axşam və 12-də, 13-dən 14-ü gündüzədək isə bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

aia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

AİA.AZ
Geri dön