Ana Sayfa > Manşet / İdman > Spiker parlamentin futbol komandasını təbrik etdi

Spiker parlamentin futbol komandasını təbrik etdi


10-04-2026, 13:55. Yazar: Subhan
Spiker parlamentin futbol komandasını təbrik etdi

Parlamentin sədri Sahibə Qafarova Türkiyənin Antalya şəhərində parlamentlərarası beynəlxalq futbol turnirində ikinci yerə çıxan Milli Məclis komandasını təbrik edib.

aia.az-ın məlumatına görə, spiker bildirib ki, komandanın heyətində Milli Məclisin deputat korpusunun 10 və Milli Məclisin 7 əməkdaşı iştirak edib.

“On hörmətli deputatımız və Milli Məclisin 7 əməkdaşı futbol üzrə Türkiyədə, Antalyada turnirdə iştirak edərək orada yer tutdular”.

“Sağlam idman insanları birləşdirir. Mən inanıram ki, futbola gedən bütün əməkdaşlarımız daha yaxın olacaq”, - S.Qafarova qeyd edib.

Təbriklərdən sonra spiker sözü komandanın rəhbəri Fazil Mustafaya verib.

Deputat oyun haqqında geniş məlumat verib.

aia.az
Geri dön