Ana Sayfa > Parlament / Karusel > Karlovun qatili ABŞ-ın Türkiyədəki səfirini də hədəf alıbmış
Karlovun qatili ABŞ-ın Türkiyədəki səfirini də hədəf alıbmış9-03-2017, 19:31. Yazar: admin |
Rusiyanın Türkiyədə qətlə yetirilmiş səfiri Andrey Karlovun qatili hadisədən əvvəl təkcə rusiyalı diplomat barədə məlumat toplamırmış. Trend-in məlumatına görə, Mövlud Altıntaş eyni zamanda ABŞ-ın bu ölkədəki səfiri Con Bass barədə də məlumatlar toplayır, araşdırırmış. Onun ABŞ səfirinə də sui-qəsd planlaşdırması ehtimal olunub. Belə ki, rusiyalı səfirin qətlini araşdıran təhlükəsizlik əməkdaşları M.Altıntaşın kompüterində səfir Con Bass barədə də məlumatlar aşkar edib. AİA.az Geri dön |