Ana Sayfa > Özəl > Milli Məclisin deputatı Novruzəli Aslanov İsmayıllıda vətəndaşları qəbul edib

Milli Məclisin deputatı Novruzəli Aslanov İsmayıllıda vətəndaşları qəbul edib


10-04-2026, 09:31. Yazar: azer
Milli Məclisin deputatı Novruzəli Aslanov İsmayıllıda vətəndaşları qəbul edib

 Milli Məclisin deputatı Novruzəli Aslanov 9 aprel 2026-cı il tarixində İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib.

aia.az xəbər verir ki, görüş rayonun Mollaisaqlı kəndində keçirilib. Sakinlər xüsusilə bir neçə küçə işıq dirəyinin yenilənməsinin və kəndarası yolların təmir edilməsinin vacibliyini diqqətə çatdırıblar. Millət vəkili qəbul zamanı sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alaraq onların həlli məqsədilə müvafiq addımların atılacağını bildirib.

Deputat Novruzəli Aslanovun keçirdiyi qəbulda iştirak edən kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya rayonlarına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Geri dön