Ana Sayfa > Ölkə > Dəm qazından zəhərlənən uşaqların son durumu açıqlanıb
Dəm qazından zəhərlənən uşaqların son durumu açıqlanıb9-04-2026, 11:26. Yazar: Subhan |
![]() Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən iki uşaq evə buraxılıb. Bu barədə aia.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında iki nəfərin müalicəsi davam etdirilir. Dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. Yoluxucu xəstəliklər şöbəsində müalicəsi davam etdirilən 2 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb. Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən və meninqoensofalit diaqnozu təyin edilən 1 nəfərin (qadın cinsli) vəziyyəti isə ağır stabil qiymətləndirilir. aia.az Geri dön |