Ana Sayfa > Ölkə > İşlədiyi evdən 30 min manatlıq oğurluq etdi
İşlədiyi evdən 30 min manatlıq oğurluq etdi8-04-2026, 12:13. Yazar: Subhan |
![]() İşlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs saxlanılıb. DİN-dən aia.az-a verilən xəbərə görə, Xəzər rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs rayon ərazisində yerləşən evlərin birindən müxtəlif zamanlarda ümumilikdə 30 min manat dəyərində qızıl-zinət, məişət və geyim əşyaları oğurlayıb. Bu barədə zərərçəkən polisə müraciət edib. Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin evdə çalışan 29 yaşlı N.İbrahimzadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır. aia.az Geri dön |