Ana Sayfa > Özəl > ABŞ-da ştatlar Trampın poçtla səsvermə qərarına qarşı məhkəməyə müraciət etdi

ABŞ-da ştatlar Trampın poçtla səsvermə qərarına qarşı məhkəməyə müraciət etdi


3-04-2026, 19:21. Yazar: vasif
ABŞ-da ştatlar Trampın poçtla səsvermə qərarına qarşı məhkəməyə müraciət etdi


ABŞ-da demokratların rəhbərlik etdiyi 22 ştat və Kolumbiya dairəsi prezident Donald Trump-ın poçt vasitəsilə səsverməni sərtləşdirən qərarına qarşı məhkəmə iddiası qaldırıb.

Boston federal məhkəməsinə təqdim olunan iddiada bildirilir ki, bu qərar Konstitusiyaya ziddir və seçkilərin təşkili üzrə ştatların səlahiyyətlərinə müdaxilə edir.

Yeni qaydalara əsasən, federal qurumlar seçicilərin siyahısını dəqiqləşdirməli, poçt xidməti isə yalnız təsdiqlənmiş siyahıda olan şəxslərə bülleten göndərməlidir.

Ştat rəsmiləri hesab edir ki, bu dəyişikliklər seçki sistemində qarışıqlıq yaradacaq və bir çox vətəndaşın səsvermə hüququnu məhdudlaşdıra bilər.

aia.az
Tərcümə şöbəsi
Geri dön