Ana Sayfa > Özəl > Hindistan Körfəzdəki bloklanma səbəbindən yenidən Rus neftinə üz tutub
Hindistan Körfəzdəki bloklanma səbəbindən yenidən Rus neftinə üz tutub3-04-2026, 16:16. Yazar: vasif |
![]() Hürmüz Boğazının münaqişə səbəbindən faktiki bağlanması ilə Körfəzdə milyonlarla barrel neftin qalması Hindistanı yeni mənbələr axtarmağa məcbur edib və ölkə yenidən Rus neftinə yönəlib. The Economist nəşrinin məlumatına görə, Hindistan əvvəllər gündəlik 2,5 milyon barrel neftin təxminən yarısını əsasən İraq, Səudiyyə Ərəbistanı və BƏƏ-dən idxal edirdi, lakin indi bu həcm yarıya enib. Körfəzdə bloklanmış neft ehtiyatını əvəz etmək üçün Hindistan son dövrdə Rusiyadan əlavə təxminən 30 milyon barrel neft alıb. Hürmüz Boğazı dünya neft ticarətinin təxminən 25%-i, maye təbii qaz ticarətinin 20%-i və gübrə ticarətinin 30%-i üçün kritik keçid yoludur. Boğazda tanker trafikin dayandırılması qlobal neft təchizatında pozuntulara və qiymətlərin artmasına səbəb olub. aia.az Tərcümə şöbəsi Geri dön |