Ana Sayfa > Dünya > Putin və bin Salman Yaxın Şərqi müzakirə etdilər
Putin və bin Salman Yaxın Şərqi müzakirə etdilər2-04-2026, 18:00. Yazar: Subhan |
![]() Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. aia.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Kremlin mətbuat xidmətinə istinadən məlumat yayıb. "Hər iki tərəfdən hərbi əməliyyatların tezliklə dayandırılmasının və bütün tərəflərin qanuni maraqları nəzərə alınmaqla münaqişənin uzunmüddətli həlli üçün siyasi-diplomatik səylərin fəallaşdırılmasının zəruriliyi vurğulanıb", - məlumatda bildirilib. V.Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Yaxın Şərqdəki böhranın qlobal enerji təhlükəsizliyinə mənfi təsir göstərdiyini qeyd ediblər. Onlar Yaxın Şərqdəki böhran fonunda neft bazarının sabitləşdirilməsi üzrə "OPEC+" çərçivəsindəki fəaliyyətin vacibliyini vurğulayıblar. Tərəflər iki dövlət arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə ediblər. aia.az Geri dön |