Ana Sayfa > Cəmiyyət / Karusel > 5 tələbənin öldüyü avtobus qanunsuz fəaliyyət göstərirmiş

5 tələbənin öldüyü avtobus qanunsuz fəaliyyət göstərirmiş


9-03-2017, 12:52. Yazar: admin
5 tələbənin öldüyü avtobus qanunsuz fəaliyyət göstərirmiş

Bakı-Sumqayıt yolunda qəza törədən "Ford" markalı mikroavtobus qanunsuz fəaliyyət göstərib.

AİA.az xəbər verir ki, bu barədə AzVision.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı deyib.

Onun sözlərinə görə, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən həmin nəqliyyat vasitəsinin hərəkəti üçün nə fərqlənmə nişanı, nə də marşurut kartı verilib.

““Ford” Tranzit markalı mikraavotbus qeyri-qanuni fəaliyyət göstərib. Hazırda proses Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırır və məsələ onların nəzarətindədir. Ekspert rəyindən sonra açıqlama veriləcək”.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkət edən “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu əvvəlcə yük maşını ilə toqquşub, sonra dəmir manelərə dəyib. İlkin məlumata görə, qəza zamanı mikro avtobusda 28 nəfər olub. Qəza zamanı 5 tələbə dünyasını dəyişib.

AİA.az
Geri dön