Ana Sayfa > Özəl > Dünyanın ən kibar ölkələri açıqlandı: İlk sırada Yaponiya var
Dünyanın ən kibar ölkələri açıqlandı: İlk sırada Yaponiya var2-04-2026, 14:12. Yazar: vasif |
![]() Yeni bir araşdırmaya görə, dünyanın ən kibar ölkələri müəyyən edilib. 26 ölkədən təxminən 5 min iştirakçının rəyi əsasında hazırlanmış siyahıda ilk sırada Yaponiya, ikinci sırada Kanada, üçüncü sırada isə Böyük Britaniya yer alıb. Tədqiqat göstərir ki, Avropa ölkələri də siyahının üstünlük təşkil edən hissəsini tutur; ilk 25 ölkənin yarısından çoxu Avropadan seçilib. Gündəlik “xahiş edirəm” və “çox sağ ol” ifadələrinin istifadəsi, sıraya hörmət və özünü kiçik görmə kimi mədəni vərdişlər ölkələrin kibarlıq səviyyəsinə təsir göstərir. İlginç bir məqam odur ki, Yaponiya özünü 25-ci, yəni sonlardan ikinci sırada qiymətləndirib. Eyni zamanda Britaniya və Almaniya iştirakçıları öz ölkələrini dünya reytinqindən aşağı qiymətləndirib, Fransa isə özünü beşinci yerə qoysa da, dünya üzrə 19-cu sıradadır. Tədqiqat həmçinin göstərir ki, insanların öz kibarlığını qiymətləndirməsi ilə qlobal algı arasında tez-tez fərqlilik var; lakin ümumilikdə əksər insanlar özlərini kibar hesab edirlər. Dünyanın ən kibar ilk 10 ölkəsi: Yaponiya Kanada Böyük Britaniya Çin Almaniya Filipinlər İsveç Danimarka Finlandiya Cənubi Afrika Araşdırma, mədəni vərdişlər və sosial davranışların kibarlıq algısında həlledici olduğunu ortaya qoyur. aia.az Tərcümə şöbəsi Geri dön |