Ana Sayfa > Siyasət > Türk diplomatları İsveçrəyə qaçdılar

Türk diplomatları İsveçrəyə qaçdılar


9-03-2017, 12:40. Yazar: admin
Türk diplomatları İsveçrəyə qaçdılar

Türk diplomatik pasportlarının bir neçə sahibi İsveçrədən sığınacaq istəyib.

AİA.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Tages-Anzeiger" qəzeti yazıb.

Sığınacağa görə müraciət etmiş diplomatik pasportlu şəxslərin dəqiq sayı bildirilmir. Ölkələrdən heç birinin hakimiyyəti isə hələlik şərh vermək istəmir.

Xatırladaq ki, 2016-cı ilin 16 iyul gecəsi Türkiyədə hərbi qiyamçılar qrupu çevrilişə cəhd edib. Əsas qarşıdurma Ankarada və İstanbulda yaşanıb. Qarşıdurmada 240-dan çox türk vətəndaşı həlak olub, 2 mindən çox insan yaralanıb və qiyam yatırılıb.

AİA.az
Geri dön