Ana Sayfa > İdman > Dünya çempionatında yeni qaydalar açıqlandı

Dünya çempionatında yeni qaydalar açıqlandı


Bu gün, 20:07. Yazar: azer
Dünya çempionatında yeni qaydalar açıqlandı

FİFA 2026-cı il dünya çempionatında tətbiq ediləcək yeni qaydaları açıqlayıb.

aia.az bildirir ki, yeni qaydalara əsasən, oyunçuların əvəzlənməsi daha sürətli həyata keçiriləcək. Futbolçu maksimum 10 saniyə ərzində meydanı tərk etməlidir. Əks halda, onu əvəzləyəcək oyunçu meydana daxil olmaq üçün 1 dəqiqə gözləməli olacaq və komanda bu müddətdə azlıqda qalacaq.

Həmçinin oyunun bərpası zamanı da vaxt məhdudiyyəti tətbiq ediləcək. Aut atışları və qapıdan zərbələr 5 saniyə ərzində yerinə yetirilməlidir. Bu müddət uzanarsa, top rəqib komandaya veriləcək.

Yeniliklərə görə, meydanda tibbi yardım alan futbolçu mütləq şəkildə meydanı tərk edəcək və geri qayıtmaq üçün 1 dəqiqə gözləyəcək. Lakin zədə sarı və ya qırmızı vərəqə ilə nəticələnən qayda pozuntusu zamanı baş verərsə, bu, tələb olunmayacaq.

Bundan əlavə, VAR sisteminin səlahiyyətləri genişləndiriləcək. Artıq VAR ikinci sarı vərəqə nəticəsində meydandan qovulma epizodlarını və səhv verilmiş künc zərbələrini də nəzərdən keçirə biləcək. Hakimlərlə ünsiyyət qaydalarında da sərtləşmə olacaq. Yalnız komanda kapitanına hakimə yaxınlaşmağa icazə veriləcək. Digər futbolçuların hakimi əhatəyə alması sarı vərəqə ilə cəzalandırıla bilər.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək.
Geri dön