Ana Sayfa > Özəl > YAP Laçın rayon təşkilatının ərazi partiya təşkilatlarında 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbirləri keçirilib

YAP Laçın rayon təşkilatının ərazi partiya təşkilatlarında 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbirləri keçirilib


Bu gün, 17:04. Yazar: azer
YAP Laçın rayon təşkilatının ərazi partiya təşkilatlarında 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbirləri keçirilib

31 Mart Azərbaycanlıların Soyqırımı Gününün ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının tədbirlər planına uyğun olaraq ərazi partiya təşkilatları tərəfindən soyqırımı qurbanlarına həsr olunmuş silsilə anım tədbirləri keçirilmişdir.

aia.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, soyqırım qurbanlarının həmçinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Çıxış edənlər 1918-ci ilin mart-aprel aylarında erməni-bolşevik dəstələri tərəfindən törədilmiş qanlı hadisələrin Azərbaycan tarixinə ən ağır soyqırımı cinayətlərindən biri kimi həkk olunduğunu vurğulamışlar. Qeyd edilmişdir ki, bu faciəyə ilk dəfə siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilmiş, 1998-ci ildə imzalanan tarixi Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Məhz Ulu Öndərin qətiyyəti sayəsində bu misli görünməmiş cinayət və xalqımıza qarşı yürüdülən etnik təmizləmə siyasəti dünya ictimaiyyətinə çatdırılmışdır. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərimiz və bütün torpaqlarımızda suverenliyimizin bərpa edilməsi soyqırımı qurbanlarının və şəhidlərimizin ruhuna ən böyük ehtiramdır. Tədbir iştirakçıları 31 Mart faciəsinin gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsində və milli yaddaşın qorunmasında mühüm rol oynadığını bildirərək, bu qanlı tarixin heç vaxt unudulmayacağını ifadə etmişlər.
Geri dön