Ana Sayfa > Özəl > Private kredit sektorunda borc ödənişləri gecikdirilir, stres artır

Private kredit sektorunda borc ödənişləri gecikdirilir, stres artır


Bu gün, 17:11. Yazar: vasif
Private kredit sektorunda borc ödənişləri gecikdirilir, stres artır


Private kredit verənlər, xüsusilə proqram təminatı şirkətlərinə yönəlik borclarda ödənişləri gecikdirərək və güzəştlər verərək default riskini azaltmağa çalışırlar. Bu, sektorun artan stresini və gələcəkdə daha böyük “ağrının” təxirə salındığını göstərir.

Belə ödəniş gecikdirmələri PIK (payment-in-kind) mexanizmi vasitəsilə baş verir: borc alanlar faiz ödəmək əvəzinə borc məbləğini artırır. Houlihan Lokey analitiklərinə görə, 2025-ci ilin sonunda proqram təminatı borclarının 1/3-dən çoxunda PIK opsiyası mövcud idi – üç il öncəki rəqəmlə müqayisədə üç dəfə çox.

Oxford Economics bildirir ki, PIK-lər BDC-lərin xalis gəlirlərinin artıq 20%-dən çoxunu təşkil edir və yarısı texnologiya sektorundadır. BDC-lər borclarını və dividendlərini ödəmək üçün əlavə borc götürərək leverage-i artırırlar.

BDClər investorların kütləvi çıxışını məhdudlaşdırmaq üçün fondlara “qapı qoyur”, borc portfellərindəki markdown-ları önləmək üçün isə borclara daha çox ödəniş elastikliyi təmin edirlər.

Hal-hazırda PIK opsiyasına malik borclardan yalnız 5%-i faktiki olaraq istifadə edib, amma likvidlik problemləri artarsa bu rəqəm kəskin yüksələ bilər. Analitiklər bildirir ki, proqram sektorunda kreditlərdəki stres davam edərsə, borc verənlər daha çox güzəşt və gecikdirmə yolunu seçəcək.

aia.az
Tərcümə şöbəsi
Geri dön