Ana Sayfa > İdman > Azərbaycanın U-21 millisi Bolqarıstanla qarşılaşacaq
Azərbaycanın U-21 millisi Bolqarıstanla qarşılaşacaq31-03-2026, 10:18. Yazar: Subhan |
![]() 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. aia.az xəbər verir ki, B qrupunda yer alan Rəşad Eyyubovun komandası səfərdə Bolqarıstanın qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüşü Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Qeyd edək ki, 6 turdan sonra 1 qələbə, 2 heç-heçə və 3 məğlubiyyəti olan Azərbaycan millisi 5 xalla qrupda 5-ci pillədə qərarlaşıb. 10 xalı olan Bolqarıstan isə 4-cü yerdədir. 31 mart Avro-2027 seçmə mərhələ 20:00.Bolqarıstan U-21 - Azərbaycan U-21 Baş hakim: Denis Şurman (Ukrayna) Xristo Botev satdionu aia.az Geri dön |